Qurban Qurbanov: “Biz də hücum etməkdən çəkinməyəcəyik”

Qurban Qurbanov: “Biz də hücum etməkdən çəkinməyəcəyik”

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda sabah səfərdə İngiltərənin "Çelsi” klubunun qonağı olacaq.

Sfera.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Londonda baş tutan oyundan öncəki mətbuat konfransında öz fikirlərini bildirib:

"Çelsi” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. "Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir.

Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafəyə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa, "Çelsi”ni təmsil edir. Antonio Konte çox ambisiyalı məşqçidir. İnanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. "Çelsi”nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...