Baqali Dabo “Neftçi” azarkeşlərini təhqir etdi
"Neftçi”nin hücumçusu Baqali Dabo növbəti dəfə qalmaqala səbəb olub. Fransalı forvard "ağ-qaralar”ın azarkeşlərinin tənqidinə sərt cavab verib. "Qafqazinfo” xəbər verir ki, klubun ən böyük azarkeş səhifəsi olan "Neftchi Baku [Fan Page]” Dabonu tənqid edib: "Mənə tez-tez yazırsınız ki, admin, bəs deyirdin, Dabonun zədəsi 3-5 günlükdür, 35 gündür adam yoxdur. Əslində, Dabonun zədəsi "Sperantsa" ilə cavab matçından sonra sağalıb. Amma... İşin bir əmması var. Bu adam oyunçu kimi yaxşı olsa da,