Logo

“Səbail” xərək daşıyan uşaqlara görə cərimələnib

“Səbail” xərək daşıyan uşaqlara görə cərimələnib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda yaşanan xoşagəlməz halların səbəbkarları cəzalandırılıb.

APA-nın məlumatına görə, AFFA-nın İntizam Komitəsi yarışın ilk turunda baş verənlərə bugünkü iclasında baxıb.

"Zaqatala” – "Sabah-2” matçında qonaqların nümayəndəsinin oyunöncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunub.

"Zirə-2” – "Ağsu” görüşündən əvvəlki oyunöncəsi iclasda Təcili tibbi yardımın nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi klub 40 manat cərimələnib.

"Səbail-2” – "Turan Tovuz” matçında xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minumum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunub.

MOİK-lə ev oyununda "Kəpəz” "A” buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə ödəyəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR