Logo

"Barselona" əfsanəvi futbolçusuna heykəl qoydu

"Barselona" əfsanəvi futbolçusuna heykəl qoydu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniyanın "Barselona" futbol klubunun keçmiş oyunçusu və məşqçisi Yohan Kroyfa heykəl qoyub.

Abidə komandanın ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionundaucaldılıb.

Hündürlüyü 3,5 metr olan əsərin müəllifi elə əfsanəvi futbolçunun həmyerlisi, Hollandiyadan olan heykəltəraş Korri Ammerlandır.

"Yohan Kroyfun heykəli bütün ailəmizə məmnunluq və fəxr hissi verir. "Kamp Nou" onun üçün xüsusi yer idi", - Kroyfun oğlu Yordi deyib.

"Barselona"nın prezidenti Xosep Bartomeu isə vurğulayıb ki, bu heykəl Yohan Kroyfu daim xatırlatmalı və klub üçün nə qədər önəm kəsb etdiyini göstərməlidir. Kroyff tariximizin vacib hissəsidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR