Azərbaycan Premyer Liqası dayandırıldı - RƏSMİ
Azərbaycan Premyer Liqasının XXI, XXII, I Divizionun isə XX turunun oyunları təxirə salınıb. Sfera.az bildirir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əmr imzalayıb. Bildirilib ki, qərar son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və