Logo

"Zirə" Emil Balayevə görə cərimələndi

"Zirə" Emil Balayevə görə cərimələndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sfera.az  xəbər verir ki, iclasda Premyer Liqanın 20-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:

"Keşlə” – "Qarabağ” oyununda "Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir;

"Səbail” – "Zirə” oyununda "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir;

"Zirə” klubunun qapıçısı Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün "Zirə” klubu 800 manat cərimələnir;

Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə "Səbail” klubu 800 manat cərimələnir;

"Neftçi” – "Sabah” oyununda "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR