Logo

UEFA "Dördlər finalı" təşkil edə bilər

UEFA "Dördlər finalı" təşkil edə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Çempionlar Liqası və Avropa Liqasını "Dördlər finalı” formatında keçirə bilər.

Sfera.az  xəbər verir ki, UEFA-nın baş katibi Corcio Marketti martın 17-də keçiriləcək toplantıda bu təkliflə çıxış edəcək.

Bu format yarımfinalların bir oyundan ibarət olmasını və neytral meydanda keçirilməsini, daha sonra final görüşünün təşkilini nəzərdə tutur. Turnirlərin yarımfinal və final qarşılaşmalarının təşkilinə 4 gün kifayət edəcək.

Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul, Avropa Liqasının həlledici qarşılaşması isə Polşanın Qdansk şəhərində baş tutmalıdır.

Koronavirusa görə UEFA turnirləri müvəqqəti təxirə salıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR