Cüdo üzrə Azərbaycan millisi Avropada 4-cü olub
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Sfera.az-ın məlumatına görə, Azərbaycan yığması yarışı 4-cü pillədə başa vurub. 5 medal – 1 qızıl, 1 gümüş və 3 bürünc əldə edən cüdoçularımız yalınız Fransa, Rusiya və Gürcüstandan geri qalıb. Komandamızın heyətində Orxan Səfərov (66 kq) çempionluq sevinci yaşayıbsa, İrina Kindzerska (+78 kq) yalnız finalda uduzub. Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) üçüncülüklə