Logo

Millimizin koronavirusa yoluxmuş futbolçularından XƏBƏR VAR

Millimizin koronavirusa yoluxmuş futbolçularından XƏBƏR VAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan milli komandasının ölkə xaricindəki təlim-məşq toplanışı zamanı koronavirusa yoluxmuş futbolçuları hələ Bakıya qayıtmayıblar.

Bu barədə  AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

O bildirib ki, yoluxduqları UEFA Millətlər Liqasının V turunun Monteneqro ilə matçından sonra üzə çıxan Təmkin Xəlilzadə və Rahil Məmmədov bu gün Xorvatiyada yenidən testdən keçiblər. Cavablar növbəti gün bəlli olacaq.

VI turda Lüksemburqla qarşılaşmadan əvvəl yoluxmuş Maksim Medvedev isə bir neçə gün sonra yenidən test verəcək. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadır.

Qeyd edək ki, Azərbaycan millisi Lüksemburq və Monteneqro ilə qolsuz heç-heçə edib.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR