"Qarabağ" "Neftçi"nin uğurunu təkrarladı

"Qarabağ” Azərbaycan Premyer Liqasında ardıcıl 3-cü dəfə 5 və ya daha çox top fərqi ilə qalib gəlib.

Sfera.az xəbər verir ki, VIII turda "Keşlə”ni 6:1, IX turda "Neftçi”ni 6:0 hesabı ilə üstələyən Qurban Qurbanovun yetirmələri X turda "Sumqayıt”ı məğlubiyyətə uğradıb – 6:1.

Bu, klub tarixində ilk belə haldır ki, ardıcıl üç görüşdə 5 və ya daha çox top fərqli qalibiyyət əldə olunur.

Azərbaycan çempionatları tarixində isə bunadək 2 dəfə belə seriya qeydə alınıb. Bunu bacaran ilk komanda "Neftçi” olub. Bakılılar 1996/97 mövsümündə OİK-i (indiki MOİK) 9:0, "Şəmkir”i 5:0, Azərbaycanın U-18 yığmasını (sonrakı "Şəfa”) 7:1 hesabı ilə məğlub edib. Bu seriya zamanı ümumi top fərqi 21:1-ə bərabər olub.

2005/06 mövsümündə bu rekordu "Karvan” təkrarlayıb. Yevlax təmsilçisi "Göyəzən”lə MOİK-i eyni – 5:0, "Kəpəz”i 7:1 hesabı ilə üstələyib.


OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...