İspaniya və İsveç də 1/8 finalda
Futbol üzrə Avropa çempionatı davam edir. Sfera.az xəbər verir ki, sonuncu gündə E qrupunda da bütün suallara aydınlıq gəlib. İsveç Polşanı, İspaniya Slovakiyanı məğlub etməklə 1/8 finala adlayıb. İsveçlilər 7 xal toplamaqla buna qrup lideri kimi nail olublar. İspaniya isə 5 xalla qrup ikincisi olub. Slovakiya 3 xalla üçüncü, cəmi bir xalı olan Polşa isə qrup sonuncusu olaraq qalıb. Qeyd edək ki, F qrupunda Portuqaliya Fransayla, Almaniya isə Macarıstanla münasibətlərinə aydınlıq gətirəcək.