Logo

AVRO-2020: Bakıya gələ biləcək komandalar dəqiqləşdi

AVRO-2020: Bakıya gələ biləcək komandalar dəqiqləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin daha bir cütü müəyyənləşib.

Sfera.az xəbər verir ki, dörd ən yaxşı qrup üçüncüsündən biri olan Çexiya bu raundda Niderlandla görüşəcək.

Bu cütün qalibi 1/4 final mərhələsində Bakıda Uels - Danimarka duelinin güclüsü ilə üz-üzə gələcək.

Uels - Danimarka qarşılaşması iyunun 26-da, Niderland - Çexiya matçı isə bir gün sonra olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final oyunu iyulun 3-ə təyin edilib.

Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR