Logo

FIFA "Barselona"ya təzminat ödəyəcək

FIFA "Barselona"ya təzminat ödəyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İspaniyanın "Barselona" klubu FIFA-dan 2,5 milyon avro məbləğində təzminat alacaq.

Sfera.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Kataloniya təmsilçisinin futbolçusu Usman Dembelenin Fransa millisinin heyətində Avropa çempionatında zədələnməsidir.

Ali futbol qurumunun qaydalarına əsasən, beynəlxalq matçlar zamanı yığmada zədə alan və ən azı 28 gün müddətinə sıradan çıxan oyunçulara görə klublara kompensasiya ödənilir.

Qeyd edək ki, Macarıstana qarşı F qrupunun II tur matçında (1:1) dizindən zədələnən Usman Dembelenin əməliyyat olunacağı və 4 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR