Azərbaycan – İsveç oyununa satılan bilet sayı AÇIQLANDI
AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç oyunu üçün satılan bilet sayı açıqlanıb. AFFA-nın mətbuat xidmətindən Sfera.az -a verilən məlumata görə, bu günə qədər 3120 azarkeş bilet əldə edib. Qiymətlər 3-cü kateqoriya üçün 5, 2-ci kateqoriyaya 10, 1-ci kateqoriyaya 15 manat təşkil edir. VİP biletlər isə 30, 50 və 200 manatdır. Azarkeşlər Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1