Voleybol məşqçiləri üçün beynəlxalq texniki kursa start verilib

Voleybol məşqçiləri üçün beynəlxalq texniki kursa start verilib

Bakıda voleybol məşqçiləri üçün beynəlxalq texniki kursa start verilib.

 

Sfera.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə baş tutan Level-3 kursu ölkəmizdə bütün idman növləri arasında ilk dəfə keçirilir.

 

Açılış mərasimində AVF-nin vitse-prezidenti Faiq Qarayev, MOK-un Beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov, AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova, FIVB-nin almaniyalı məşqçi-instruktoru Peter Nonnenbroix və rumıniyalı Dan Girleanu iştirak ediblər.

 

Tədbirdə çıxış edən Faiq Qarayev FIVB-nin təşkil etdiyi layihənin böyük əhəmiyyətə malik olduğunu bildirib. O, bu kursların yerli məşqçilərin yetişməsinə və beynəlxalq səviyyəyə yüksəlməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

 

Ceyhun Rəhmanov ölkəmizdə müxtəlif idman növləri üzrə mütəmadi olaraq beynəlxalq kursların təşkil olunduğunu bildirib. O, əlavə edib ki, MOK idmanın, eləcə də voleybolun inkişafına xidmət edən beynəlxalq kursların təşkilini davam etdirəcək.

 

Kursun təlimçiləri Peter Nonnenbroix və Dan Girleanu çıxışlarında Azərbaycanın idman ölkəsi olduğunu və burada bütün idman növlərinin inkişafına böyük diqqət yetirildiyini vurğulayıblar.

 

Ümumilikdə 14 nəfərin iştirak etdiyi seminara yerli məşqçilərlə yanaşı, İran və Malayziyadan gələn mütəxəssislər qatılıblar. Kursun rəhbəri almaniyalı Peter Nonnenbroix, ikinci təlimçi isə ölkəmizdə bundan əvvəl də qonaq olmuş (2019-cu ildə FIVB Level-2 kursuna rəhbəri etmiş) rumıniyalı Dan Girleanudur. Seminar nəzəriyyə və təcrübədən ibarət olacaq.

 

Qeyd edək ki, kurs noyabrın 22-dək davam edəcək. Həmin gün imtahan təşkil olunacaq. İmtahanın nəticələrinə uyğun olaraq bu mərhələni uğurla keçəcək mütəxəssislərin adları bəlli olacaq və onlar FIVB-nin ən yüksək sertifikatını alacaqlar.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...