“Qarabağ”ın qapıçısı: “Bayer”lə oyundan əvvəl əzələmdə mikrozədə var idi”

“Qarabağ”ın qapıçısı: “Bayer”lə oyundan əvvəl əzələmdə mikrozədə var idi”

“Rəqibin çox qol epizodu olmadı. Amma komandamız uduzdu. İstərdim ki, sonadək oynayım və matçı ən azı heç-heçə ilə başa vuraq”.

 

Sfera.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda Almaniyanın “Bayer” komandasına 0:1 hesabı ilə uduzduqları oyun barədə “Match TV”yə açıqlamasında deyib.

 

Rusiyalı qolkiper öz çıxışından razı qaldığını bildirib:

 

“Yəqin ki, yaxşı oynadım. Matçdan əvvəl əzələmdə mikrozədə var idi. Amma ciddi deyildi. Düzdür, meydançaya çıxmaqla risk etdim. Amma eybi yoxdur. Risk etməyənlər Yeni il ərəfəsində şampan içməzlər. Bu zədənin dizlə heç bir əlaqəsi yox idi, başqa əhvalatdır”.

 

Almaniyada Leverkuzen təmsilçisinə 1:5 hesabı ilə uduzduqları görüşü xatırlayan A.Lunyov bunun xoşagəlməz hal olduğunu söyləyib:

 

“Meydanda sonadək döyüşəcəyimizə inanırdım. Həmin matçda uğur qazana bilmədik. “Bayer” 15 dəqiqə ərzində üç qol vurdu. Təəssüf ki, mənim də səhvim oldu. Almaniyada özümü göstərmək istəyirdim, alınmadı”.

 

2021/2023-cü illər mövsümündə “Bayer”in formasını geyinmiş 32 yaşlı qapıçı keçmiş komandasının onu çox mehriban qarşıladığını vurğulayıb:

 

“Yenidən orada olmaq xoş idi”.

 

Qeyd edək ki, “Bayer”lə oyunda zədələnərək əvəzlənən Andrey Lunyov növbəti həftədən məşqlərə başlayacaq.


OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...