AFFA hakimləri təhqir edən məşqçini beş oyunluq cəzalandırdı
Kateqoriya məlum deyil
T
Futbol üzrə Azərbaycan II Liqasında çıxış edən “Kür-Araz”ın məşqçisi Üzeyir Sefizadə 5 oyunluq cəzalanıb.
Sfera.az xəbər verir ki, buna mütəxəssisin “Baku Sportinq”ə qarşı XI turun ev oyunu başa çatandan sonra hakimləri təhqir etməsi səbəb olub.
Bölgə təmsilçisi Sefizadənin qeyri-etik ifadələrinə görə 400 manat cərimələnib.






