Rəşad Sadıqov həmin davadan danışdı
“Çox üzücüdür ki, iki komanda arasında belə şey baş verdi”. Sfera.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XIX turunda keçirilən “Araz-Naxçıvan”la oyununda baş verən dava haqqında danışarkən deyib. “Şükür böyük insident olmadı, ola da bilməz. İki komanda arasında çox yaxşı münasibət var, rəhbərlik, məşqçilər və futbolçular arasında. Arada nə oldu bilmirəm, Qara əsəbiləşdi. Sarı vərəqəsi olduğu üçün müdaxilə etdim ki, sakitləşsin. Dedim ki, özünə