Logo

Azərbaycan Basketbol Liqasında növbəti turun oyunlarının vaxtı açıqlandı

Azərbaycan Basketbol Liqasında növbəti turun oyunlarının vaxtı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Basketbol Liqasında XII turun oyunlarının vaxtı açıqlanıb.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, oyunlar yanvarın 21-26-sı aralığında təşkil olunacaq.

Yanvarın 21-də, saat 19:00-da "Sərhədçi" "Abşeron"la üz-üzə gələcək. Yanvarın 23-də, eyni saatda "Neftçi" - "Sabah" matçı start götürəcək.

Növbəti gün, saat 14:00-da "Lənkəran" - "Sumqayıt", yanvarın 25-də, saat 12:30-da "Naxçıvan" - NTD, 14:00-da isə "Gəncə" - "Quba" görüşləri gerçəkləşəcək.

Nəhayət, yanvarın 26-da, saat 14:00-da "Şəki" - "Quba" qarşılaşması start götürəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR