Ermənistan qalibiyyətinə görə "Neftçi" futbolçularına 20 min dollar verilib

Ermənistan qalibiyyətinə görə "Neftçi" futbolçularına 20 min dollar verilib

20 il əvvəl Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Birlik Kuboku”nun 1/4 finalında Ermənistan çempionu “Pünik” üzərində qələbəyə görə “Neftçi”nin futbolçularına 20 min dollar mükafat verilib.

 

Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı klubunun sabiq futbolçusu Vidadi Rzayev deyib.

 

O, Rusiyada çalışan azərbaycanlıların da həmin vaxt komandanı mükafatlandırdıqlarını söyləyib:

 

“Oyuna qədər heç kim mükafat haqqında düşünmürdü. Elə matçdan sonra da belə idi. Həmin vaxt Rusiyada çalışan şəmkirli uşaqlar 5000 dollara yaxın pul yığıb mənə vermişdilər. Həmin məbləği gətirib komanda üzvləri arasında bölüşdürdüm. Bundan əlavə, “Neftçi” rəhbərliyi, həmçinin bir sıra başqa insanlar komanda üzvlərini mükafatlandırdı. Ümumilikdə adama təxminən 20 min dollar mükafat düşdü. Hamıya eyni gözlə baxdılar ki, bu da yaxşı haldır. Çünki hamının əziyyəti var idi. Çox böyük həyəcan keçirmişdik, karyeramın davamı belə sual altına düşmüşdü. İndi Azərbaycan qalib xalqdır”.

 

Qeyd edək ki, 2005-ci il yanvarın 19-da baş tutan görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. V.Rzayev görüşdə ikinci qolun müəllifi olub. Azərbaycan çempionunun ilk qolunu isə gürcüstanlı legioner Georgi Adamiya vurub.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...