“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başladı

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başladı

“Formula 1” üzrə Azərbaycan Qran Prisinə bilet satışı başlanılıb.

 

Bu barədə Sfera.az-a Bakı Şəhər Halqasından məlumat verilib.

 

Azarkeşlər biletləri www.azerbaijangp.com veb səhifəsindən əldə edə bilər. Həmçinin, “Baku City Circuit” mobil tətbiqi üzərindən 20% güzəştlə biletlər almaq mümkündür.

 

Bu fürsət yalnız fevralın 5-dək davam edəcək.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri Pit zolağı gəzintisi imkanı əldə edərək, komandalarını, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar.

 

Qeyd edək ki, ötən il Pit zolağı gəzintisində iştirakçı sayı rekord sayda olub. Yarış həftəsi ərzində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumatlar mütəmadi olaraq azarkeşlərə təqdim olunacaq.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...