Gələn il Azərbaycanda beynəlxalq idman yarışları keçiriləcək

Kateqoriya məlum deyil
T
2026-cı ildə Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.
Sfera.az xəbər verir ki, Qış İdman Növləri Federasiyasının bu turnirlərin Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.
Əldə olunan nəticəyə əsasən ISMF tərəfindən yarışların "Şahdağ" Turizm Mərkəzində təşkil edilməsi ilə bağlı qərar qəbul edilib və turnirlər beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Avropa çempionatının 2026-cı ilin martın 4-8-də, Dünya Kubokunun isə martın 6-8-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.






