Baş məşqçi millimizin finala yüksəlməsini belə şərh etdi

Baş məşqçi millimizin finala yüksəlməsini belə şərh etdi
Kateqoriya məlum deyil
T

Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

 

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatında Monteneqro yığmasına 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanmaları barədə jurnalistlərə açıqlamasında deyib.

 

O, Milli Gimnastika Arenasında komandaya dəstək olan azarkeşlərə təşəkkür edib:

 

"Çox gözəl hisslərdir. Şükürlər olsun ki, final matçı oynayacağıq. Bütün futbolçularımızın əlləri, qolları var olsun. Bu gün bizdən xoşbəxti ola bilməz".

 

Qeyd edək ki, həlledici görüş iyunun 1-də təşkil olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR