Bolqarıstan yığmasının qapıçısı Azərbaycandan təklif alıb
Kateqoriya məlum deyil
Bolqarıstan millisinin futbolçusu Georgi Georgiyev karyerasını Azərbaycanda davam etdirə bilər.
Sfera.az xəbər verir ki, Sofiyanın "Slaviya” klubunda çıxış edən 31 yaşlı qapıçı adı açıqlanmayan təmsilçimizin maraq dairəsinə düşüb.
Üç ölkə komandalarının heyətinə qatmaq istədiyi G.Georgiyev Azərbaycan, Qazaxıstan və Ermənistan arasında seçim etməlidir.
Qeyd edək ki, Bolqarıstan millisində debütü bu il gerçəkləşən qolkiper 2 matça çıxıb. (apasport)






