Logo

Azərbaycan çempionatlarında 15 000-ci qol vuruldu

Azərbaycan çempionatlarında 15 000-ci qol vuruldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan futbol çempionatları tarixində yüksək liqada 15 000-ci qol vurulub.

Sfera.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley topu Misli Premyer Liqasının IX turunun ikinci matçına təsadüf edib.

“Zirə” - “Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə 15 000-ci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.

Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. 35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” - “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR