Bu gün "Neftçi" "Turan Tovuz"u qəbul edir
Bu gün Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu keçiriləcək.
Sfera.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Şəfa” Sumqayıtda “SOCAR Polymer Arena”da “Kəpəz”lə üz-üzə gələcək.
Saat 16:30-da başlayacaq görüşün baş hakimi Cavid Cəlilov olacaq.
Günün digər matçında “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. “Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Oyunu Əli Əliyev idarə edəcək.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qəbələ” səfərdə “Araz-Naxçıvan”a 2:1, “Zirə” isə evdə “Sumqayıt”a 3:2 hesabı ilə qalib gəlib. “İmişli” – “Şamaxı” və “Sabah” – “Qarabağ” matçları isə sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
IX tur
24 oktyabr
16:30. “Şəfa” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Vüqar Həsənli
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
“SOCAR Polymer Arena”
19:00. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Palms Sports Arena”






