Logo

"Çelsi" bu oyunçuya 100 milyon təklif edəcək

"Çelsi" bu oyunçuya 100 milyon təklif edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərənin “Çelsi” klubu “Barselona”nın futbolçusu Fermin Lopes üçün 100 milyon avrodan artıq təklif hazırlayır.

Sfera.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Xabi Alonso rəhbərlikdən 23 yaşlı ispaniyalı hücumçunun transferini reallaşdırmağı tələb edib.

“Çelsi” daha əvvəl də Fermín Lopesin transferini həyata keçirməyə çalışsa da, istəyinə nail ola bilməyib. İngiltərə klubu növbəti yay transfer pəncərəsində bu keçid üçün 100 milyon avrodan artıq təklif etməyə hazırlaşır.

Lakin futbolçunun “Barselona”dan ayrılmaq niyyətində olmadığı bildirilir.

Qeyd edək ki, Fermín Lopesin “Barselona” ilə müqaviləsi 2031-ci ilin iyununa qədər qüvvədədir./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR