"Beşiktaş"ı o məşhur çalışdıra bilər
İdman
16:25 / 01.03.2019
2909
Şenol Günəşin Türkiyə millisinin baş məşqçisi təyin olunmasından sonra "Beşiktaş"ı kimin çalışdıracağı maraq doğurur.
Şenol Günəşin əvəzinə İstanbul klubunun üç variantı var. Bunlardan biri Sərgən Yalçındı. "Alanyaspor"da yaxşı mövsüm keçirən çalışdırıcı azarkeşlərin ən çox istədiyi addı.
Digər namizəd Səudiyyə ərəbistanının "Əl-İttihad" klubundan istefaya göndərilən Slaven Biliçdi. Xorvatiyalı mütəxəssisin "Beşiktaş"a qayıtmaq ehtimalı yüksək qiymətləndirilir.
Sonuncu namizəd isə Rza Çalımbaydı. Son olaraq "Konyaspor"a rəhbərlik edən mütəxəssis hazırda işsizdi.
Qeyd edək ki, Şenol Günəş mövsümün sonunda "Beşiktaş"ı tərk edəcək.