Logo

Könül Əliyeva Əbu-Dabidə qızıl medal qazandı

Könül Əliyeva Əbu-Dabidə qızıl medal qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan millisinin üzvü Könül Əliyeva tarixi nəticəyə imza atıb.

Sfera.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. Bununla Könül Əliyeva Böyük Dəbilqə yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.

Mübarizəyə 1/8 finaldan başlayan Əliyeva əvvəlcə Özbəkistan təmsilçisi Ulbusin Xakimovanı, 1/4 finalda niderlandlı Amber Gersyesi, yarımfinalda isə Fransa cüdoçusu Melani Lequ-Klemanı məğlub edib.

Həlledici görüşdə Türkiyə təmsilçisi Merve Azakla qarşılaşan Könül Əliyeva rəqibindən üstün olaraq qızıl medala sahib çıxıb.

Bu, eyni zamanda Könül Əliyevanın böyüklər arasında Dünya Cüdo Turunda qazandığı ilk qızıl medaldır.

Könül Əliyeva Əbu-Dabidə qızıl medal qazandı
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR