Xəstəxanaya yerləşdirilən Kompani ilə bağlı xəbər var
Kateqoriya məlum deyil
Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Vensan Kompani müalicəsini davam etdirdiyi xəstəxanadan evə buraxılıb.
Sfera.az xəbər verir ki, belçikalı mütəxəssisin səhhətinin qəfil pisləşməsinə səbəb meningeal sindrom olub. Bu vəziyyət beyin qişalarının qıcıqlanması ilə xarakterizə olunur.
Son məlumatlara əsasən, Kompaninin vəziyyətində yaxşılaşma müşahidə edilib və o, artıq tibb müəssisəsini tərk edib. Halbuki əvvəlcə baş məşqçinin xəstəxanada bir neçə gün qalacağı gözlənilirdi.
Xatırladaq ki, ötən həftə Kompani klubun məşq bazasında huşunu itirib. Bundan sonra o, helikopterlə xəstəxanaya çatdırılıb. Məlumata görə, mütəxəssis bundan əvvəl virus infeksiyasına yoluxsa da, işini davam etdirib.






