“Sabah” “Barselona”ya məğlub oldu – VİDEO
“Sabah” – “Barselona” matçı qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
***23:07
“Sabah” – “Barselona” qarşılaşmasında növbəti dəfə hesab dəyişib. Komandamız buraxılan qollardan birinin əvəzini çıxıb. “Sabah“ın heyətində J.Mikels fərqlənib.
***23:03
“Sabah” – “Barselona” qarşılaşmasında dördüncü qol vurulub. Q.Jesus qonaqların üstünlüyünü dörd topa çatdırıb.
***22:58
“Sabah” – “Barselona” qarşılaşmasında üçüncü qol vurulub. K.Adeyemi qonaqların üstünlüyünü üç topa çatdırıb.
***22:54
“Sabah” – “Barselona” qarşılaşmasında ikinci qol vurulub. “Barselona”nın heyətində E.Qordon özünün və komandasının ikinci qolunu vurub.
***22:48
“Sabah” – “Barselona” qarşılaşmasında ikinci hissə start götürüb.
***22:33
“Sabah” – “Barselona” qarşılaşmasında ilk hissə başa çatıb. İlk hissədən sonra qonaqlar minimal hesabla öndədirlər.
***22:17
Qarşılaşmanın 31-ci dəqiqəsində “Barselona” hesabı açıb. Rəqibin heyətində E.Qordon fərqlənib.
***21:45
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda “Sabah” və “Barselona” klubları arasındakı matç start götürüb.






