Logo

"Sabah"ın oyununu hansı kanal yayımlayacaq?

"Sabah"ın oyununu hansı kanal yayımlayacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.

Sfera.az xəbər verir ki, gecənin diqqətçəkən qarşılaşmalarından birində Azərbaycanın "Sabah" klubu İspaniya nəhəngi "Barselona"nı qəbul edəcək. Bakı vaxtı ilə saat 21:45-də başlayacaq matçı İctimai TV canlı yayımlayacaq.

Eyni saatda Çexiyanın "Slaviya Praqa" komandası İspaniyanın "Vilyarreal" klubu ilə üz-üzə gələcək. Oyunu "CBC

Sport" telekanalından izləmək mümkün olacaq.

Gecə saatlarında isə Ukraynanın "Şaxtyor Donetsk" komandası Türkiyə təmsilçisi "Fənərbağça"nı qəbul edəcək. Saat 00:00-da başlayacaq qarşılaşma "CBC Sport"da yayımlanacaq. Eyni vaxtda Portuqaliyanın "Sportinq" klubu İngiltərə "Mançester Yunayted"i ilə qarşılaşacaq. Bu oyunu İctimai TV canlı nümayiş etdirəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR