Logo

"Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər

"Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ"ın yamaykalı futbolçusu Renaldo Sefasın Ağdam klubundakı gələcəyi sual altındadır.

Sfera.az xəbər verir ki, 26 yaşlı hücumçu komandada özünü xoşbəxt hiss etmir və klubdan ayrılmaq istəyir.

Yamaykalı futbolçu daimi olaraq əsas heyətdə çıxış edə biləcəyi komanda axtarışındadır.

Qeyd edək ki, Sefas daha əvvəl Türkiyənin "Ankaragücü" klubu ilə problem yaşayıb. Belə ki, futbolçunun 2025-ci ilin yayında qüvvədə olan müqaviləsinə baxmayaraq, klubun icazəsi olmadan komandadan ayrılaraq Rusiyanın "Pari Nijni Novqorod" klubuna keçib.

Bundan sonra "Ankaragücü" rəhbərliyi təzminat hüquqlarını qorumaq məqsədilə FIFA-ya və Türkiyə Futbol Federasiyasına şikayət edib.

Xatırladaq ki, Renaldo Sefas 2026-cı ilin yayında Rusiyanın "Pari Nijni Novqorod" klubundan "Qarabağ"a transfer olunub. Ağdam təmsilçisi Yamayka millisinin üzvü ilə 2029-cu ilin yayına qədər üçillik müqavilə imzalayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR