Logo

Elçin Məsiyev DÇ-nin növbəti oyununa təyinat aldı

Elçin Məsiyev DÇ-nin növbəti oyununa təyinat aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın FİFA referisi Elçin Məsiyev Qətərdə 17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında növbəti oyuna təyinat alıb.

Sfera.az xəbər verir ki, o, G qrupunda Vyetnam - Mali matçının baş hakimi olacaq. Referiyə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

Noyabrın 26-da Əl Rəyyan şəhərindəki “Aspire Zone” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Xatırladaq ki, Elçin Məsiyev daha əvvəl mundialda Səudiyyə Ərəbistanı - Uruqvay, İspaniya - Çin oyunlarının dördüncü, Ekvador - Uqanda görüşünün isə baş hakimi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR