Logo

Poçettinodan “Mançester Yunayted”də sərt qərar

Poçettinodan “Mançester Yunayted”də sərt qərar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Mançester Yunayted"in baş məşqçisi Maurisio Poçettino komandada məşq rejimini yenidən qurmağa başlayıb.

Sfera.az xəbər verir ki, argentinalı çalışdırıcı futbolçuların oyunlardan sonrakı gün istirahət etməsi ənənəsinə son qoyub. Sözügedən qayda onun sələfi Maykl Kerrik tərəfindən tətbiq edilmişdi.

Belə ki, "qırmızı şeytanlar"ın futbolçuları son qarşılaşmadan sonra bərpa məşqlərində iştirak etmək üçün klubun bazasına yollanıblar. Komandanın bəzi üzvləri artıq səhər saat 08:30-da məşqə başlayıblar. Bundan başqa, Poçettino gündəlik hazırlıq prosesinin də daha erkən saatlarda keçirilməsini qərara alıb.

Baş məşqçi bununla kifayətlənməyərək, komandanın fiziki göstəricilərini yaxşılaşdırmaq məqsədilə heyətə yeni mütəxəssis cəlb edib. Yeni yanaşmanın əsas hədəfi futbolçuların yüksək sürətlə oynamaq və qarşılaşmalar ərzində rəqibə davamlı pressinq göstərmək qabiliyyətini artırmaqdır.

Xatırladaq ki, "Mançester Yunayted" son oyununda "Liverpul"a 0:4 hesabı ilə uduzub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR