"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
Kateqoriya məlum deyil
Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Şaxtyor"la qarşılaşmada iki əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Sfera.az xəbər verir ki, Marko Asensio və Nathan Ake qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcəklər. Hər iki oyunçunun matçda iştirak etməməsinə səbəb zədələridir.
Qeyd edək ki, "Şaxtyor" - "Fənərbağça" qarşılaşması Londonda yerləşən "Stamford Bric" stadionunda keçiriləcək. Noyabrın 25-dən 26-na keçən gecə baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.






