İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
Kateqoriya məlum deyil
İspaniya Superkuboku gələcəkdə Azərbaycanda keçirilə bilər.
Sfera.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde danışıb.
O bildirib ki, 2027-ci ildə Səudiyyə Ərəbistanında Asiya Kuboku keçiriləcəyi üçün alternativ variantlar axtarırlar.
Federasiya rəsmisi hazırda bir çox ölkələrdən təklif aldıqlarını da sözlərinə əlavə edib: “Gözlədiyimizdən daha çox maraq və qəbul gördük, aldığımız təkliflər də bizi xeyli təəccübləndirdi. ABŞ, Çin, Azərbaycan, Mərakeş və Qətər kimi ölkələrdən təkliflər almışıq.
Xüsusilə ABŞ-dan gələn maraq diqqətçəkən idi. Oradan dünya çempionatı ilə əlaqəli, çox ciddi təkliflər daxil olmuşdu”.






