Boksçularımız Qazaxıstanda üç medal qazandılar

Kateqoriya məlum deyil
T
Qazaxıstanın Aktau şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.
Bu barədə Sfera.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bildirilib ki, yarışda məşqçi Elbrus Rzayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın U-23 millisi üç medal qazanıb.
Komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) gümüş, Zidan Hünbətovla (55 kq) Əli Abdullayev (65 kq) bürünc mükafata yiyələniblər.
Açar sözlər:






