Boks
Boksçularımız Qazaxıstanda üç medal qazandılar
Qazaxıstanın Aktau şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. Bu barədə Sfera.az - a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Bildirilib ki, yarışda məşqçi Elbrus Rzayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın U-23 millisi üç medal qazanıb. Komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) gümüş, Zidan Hünbətovla (55 kq) Əli Abdullayev (65 kq) bürünc mükafata yiyələniblər.
İdman19.09.2026 22:28
Boksçularımız Avropa çempionatında 2 medal qazanıb
Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb. Azərbaycan Boks Federasiyasından Sfera.az -a verilən məlumata görə, yığmamızın aktivinə növbəti mükafatı Əli Baxışov yazdırıb. 60 kiloqramda çıxış edən boksçu yarışı gümüş medalla başa vurub. Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medala sahib olub. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kiloqram) 3-cü yeri tutub.
İdman21.08.2026 21:02
İlk dünya çempionu olan boksçu vəfat etdi
İlk dünya boks çempionatının qalibi, SSRİ-nin dəfələrlə çempionu olmuş özbəkistanlı boksçu Rüfət Riskiev 77 yaşında vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb. Federasiya idmançının vəfatı ilə bağlı onun ailəsinə, yaxınlarına, dostlarına və onu tanıyan hər kəsə başsağlığı verib. Rüfət Riskiev 1974-cü ildə Havanada keçirilən ilk dünya boks çempionatında 75 kiloqram çəki dərəcəsində qızıl medal qazanaraq tarixə düşüb. O, həmçinin
İdman15.08.2026 16:29
Boksun əfsanəsi Bakıya gəlir
Boks üzrə keçmiş dünya çempionu Roy Cons Bakıya səfər edəcək. Sfera.az xəbər verir ki, boksun əfsanəsi iyulun 10-da Bakıda keçiriləcək IBA Çempionlar Gecəsində xüsusi qonaq qismində iştirak edəcək. Məşhur boksçu gecədə Azərbaycanın dünya çempionu Sübhan Məmmədovu rinqə müşayiət edəcək. Qeyd edək ki, IBA Çempionlar Gecəsi iyulun 10-da saat 19:00-da "Sea Breeze Resort"da baş tutacaq. Xatırladaq ki, Roy Cons 1988-ci ildə Olimpiya Oyunlarının gümüş mükafatçısı, yarımağır çəki kateqoriyasında mütləq
İdman09.07.2026 19:26




