Çempionlar Liqasının favoritləri açıqlandı - ADLAR

Çempionlar Liqasının favoritləri açıqlanıb.
Sfera.az xəbər verir ki, ESPN 2026/27 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olmağa əsas namizədlərin reytinqini açıqlayıb.
19 ekspertin səsverməsi əsasında hazırlanan siyahıda son Çempionlar Liqası qalibi PSG birinci pillədə qərarlaşıb. Paris təmsilçisi 9 ekspertin ilk seçimi olub. "Arsenal" 5 ilk yer səsi ilə ikinci, "Bayern" Münhen isə üçüncü olub.
ESPN-in favoritlər sıralaması belədir:
1. PSG
2. "Arsenal"
3. "Bayern" Münhen
4. "Barcelona"
5. "Real" Madrid
6. "Manchester City"
7. "Inter"
8. "Liverpool"
9. "Atletico" Madrid
10. "Manchester United"
Qeyd edək ki, bu sıralama turnirin ilk oyun həftəsindən əvvəl ESPN ekspertlərinin komandaların çempionluq şanslarına dair qiymətləndirməsidir. Maraqlıdır ki, başqa bir model olan Opta isə hazırda Arsenalı turnirin əsas favoriti hesab edir və “topçular”a 20,9% çempionluq ehtimalı verir. PSG bu modeldə 7,1%-lə beşincidir.
Firuz






