Danışsam, bu liqanı ifşa edəcəyəm

Danışsam, bu liqanı ifşa edəcəyəm
Kateqoriya məlum deyil
T

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz hücumçusu Joao Feliks “Əl-İttihad”a 1:2 hesablı məğlubiyyətdən sonra gözlənilməz bəyanatla çıxış edib.

Sfera.az xəbər verir ki, Ange Postekoqlunun rəhbərlik etdiyi “Əl-Nəsr” mövsümdə ilk məğlubiyyətini alıb.

Matçdan sonra jurnalistlərin müsahibə təklifini rədd edən portuqaliyalı ulduz mətbuat zonasından keçərkən qalmaqallı ifadələr işlədib:

“Mən bu barədə danışmayacağam. Çünki, əgər danışsam, bu liqanın bütün kirli üzünü, ifşasını ortaya qoyacağam”.

Qeyd edək ki, 5 turdan sonra 12 xalı olan son çempion “Əl-Nəsr” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Siyahıya 15 xalla “Əl-Hilal” başçılıq edir. Bu mövsüm keçirdiyi 6 oyunda 4 qol vurub 3 məhsuldar ötürmə edən Feliksin klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. “Transfermarkt” portalına görə onun transfer dəyəri 28 milyon avrodur.

<iframe width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/226637.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=idman-xeberleri" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></iframe>

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR