Futbolçunu döyərək öldürənlərə hökm oxundu

Kateqoriya məlum deyil
T
Moskva vilayətinin Şçelkovo şəhərindəki barın qarşısında baş verən kütləvi davada iştirak edənlər haqqında hökm çıxarılıb.
Sfera.az MK-ya istinadla xəbər verir ki, faciə ötən ilin avqust ayında baş verib.
Orta Asiyadan olan bir qrup miqrant mübahisə zəminində yerli komandanın 20 yaşlı futbolçusunu döyərək öldürüb.
Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəisinin baş köməkçisi Olqa Vradiyin sözlərinə görə, məhkəmə həmin şəxsləri 8,5 ildən 11 ilə qədər həbs cəzasına məhkum edib./publika






