Logo

“Real”ın müdafiəçisi saxlanıldı

“Real”ın müdafiəçisi saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Madrid "Real"ının müdafiəçisi Raul Asensio sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Sfera.az xəbər verir ki, hadisə avqustun 16-da Kanar adalarında qeydə alınıb.

23 yaşlı futbolçu "Porşe" markalı avtomobillə Qran-Kanariyanın cənubundakı kurort zonasına gedərkən polis əməkdaşları tərəfindən sənədlərinin yoxlanılması üçün saxlanılıb.

Yoxlama zamanı Asensionun nəfəsindəki spirt səviyyəsinin 0,90 mq/l olduğu müəyyən edilib. İcazə verilən hədd isə 0,25 mq/l təşkil edir.

Hadisədən bir neçə gün sonra futbolçu məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onu yol hərəkəti təhlükəsizliyinə qarşı cinayət törətməkdə təqsirli bilib.

\\lent.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR