Futbolda ən bahalı TRANSFERLƏR BUNLARDIR

Transfermarkt futbol tarixində ən yüksək məbləğlə baş tutan transferlərin siyahısını təqdim edib.
Son transferlərdən sonra siyahıda ciddi dəyişikliklər baş verib.
Sfera.az xəbər verir ki, Braziliya millisinin hücumçusu Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə keçidi 222 milyon avro ilə hələ də futbol tarixinin ən bahalı transferi olaraq qalır. İlk onluqda isə son dövrdə baş tutan bahalı transferlər diqqət çəkir.
Xüsusilə “Çelsi”nin Morgan Rogersi və “Mançester Siti”nin Elliot Andersonu transfer etməsi siyahının yuxarı pillələrinə təsir edib.
Transfermarkt bu keçidlərin müvafiq olaraq 138 milyon və 135 milyon avro olduğunu göstərir.
Siyahı belədir:
1. Neymar – “Barselona” → PSJ – 222 milyon avro (439,56 milyon manat)
2. Kilian Mbappe – “Monako” → PSJ – 180 milyon avro (356,4 milyon manat)
3. Usman Dembele – “Borussiya Dortmund” → “Barselona” – 148 milyon avro (293,04 milyon manat)
4. Aleksandr İsak – “Nyukasl” → “Liverpul” – 145 milyon avro (287,1 milyon manat)
5. Morqan Rocers – “Aston Villa” → “Çelsi” – 138 milyon avro (273,24 milyon manat)
6. Elliot Anderson – “Nottingem Forest” → “Mançester Siti” – 135 milyon avro (267,3 milyon manat)
7. Filipp Koutinyo – “Liverpul” → “Barselona” – 135 milyon avro (267,3 milyon manat)
8. Joau Feliks – “Benfika” → “Atletiko Madrid” – 127,2 milyon avro (251,86 milyon manat)
9. Cud Bellinqem – “Borussiya Dortmund” → “Real Madrid” – 127 milyon avro (251,46 milyon manat)
10. Bredli Barkola – PSJ → “Liverpul” – 125 milyon avro (247,5 milyon manat)
Həmçinin Yan Diomandenin “RB Leypsiq”dən “Real Madrid”ə, Florian Virtsin isə “Bayer”dən “Liverpul”a transferinin dəyəri 125 milyon avro (247,5 milyon manat) göstərilib. Qeyd edək ki, “Liverpul”un Barkolanı transfer etməsi 2026-cı ilin yay transfer pəncərəsinin ən diqqətçəkən sövdələşmələrindən biridir.
Firuz






