"Neftçi" onu heyətinə qatdı

"Neftçi" onu heyətinə qatdı
Kateqoriya məlum deyil
T

"Neftçi" xorvatiyalı dayaq yarımmüdafiəçisi Viçko Şevel ilə 3 illik müqavilə imzalayıb.

Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

25 yaşlı futbolçu yeni komandasında 88 nömrəli formanı geyinəcək. Müdafiənin mərkəzində və sağ cinahında da çıxış edə bilən V.Şevel karyerası ərzində Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında oynayıb.

Xorvatiyalı oyunçunun son klubu Şotlandiyanın "Dandi Yunayted" komandası olub. V.Şevel ötən mövsüm bu komandanın heyətində 40 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR