Messi millidəki karyerasını başa vurdu

Kateqoriya məlum deyil
T
Lionel Messi Argentina millisindən ayrılıb.
Sfera.az xəbər verir ki, o bu barədə sosial media hesabında məlumat verib. Messi bildirib ki, 2026-cı il Dünya Kuboku finalından sonra bu barədə uzun-uzadı düşünsə də, qərar vermək çətin olub.
"Əlimdən gələn hər şeyi etdim, edəcək heç nəyim qalmayıb və arxamızda burada olmağa layiq olan çox güclü gənc nəsil oyunçularımız var. Son 20 ildəki bütün sevgilərinizə görə təşəkkür edirəm. Meydanda sizi eşitmək üçün çox darıxacağam", - deyə o yazıb.






