İlk dünya çempionu olan boksçu vəfat etdi

İlk dünya çempionu olan boksçu vəfat etdi
Kateqoriya məlum deyil
T

İlk dünya boks çempionatının qalibi, SSRİ-nin dəfələrlə çempionu olmuş özbəkistanlı boksçu Rüfət Riskiev 77 yaşında vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Federasiya idmançının vəfatı ilə bağlı onun ailəsinə, yaxınlarına, dostlarına və onu tanıyan hər kəsə başsağlığı verib.

Rüfət Riskiev 1974-cü ildə Havanada keçirilən ilk dünya boks çempionatında 75 kiloqram çəki dərəcəsində qızıl medal qazanaraq tarixə düşüb.

O, həmçinin 1976-cı ildə Monrealda keçirilən Olimpiya Oyunlarının gümüş medalçısı olub. Riskiev SSRİ çempionatının da dəfələrlə qalibi adını qazanıb.

Onun adı özbək və sovet boksunun ən tanınmış simaları sırasında yer alır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR