"Çelsi" ispan millisinin oyunçusunu aldı

Kateqoriya məlum deyil
T
İspaniyanın "Rayo Valyekano" klubunun müdafiəçisi Pep Çavarriya karyerasını İngiltərənin "Çelsi" klubunda davam etdirəcək.
Sfera.az xəbər verir ki, London klubu 28 yaşlı futbolçunun transferi üçün La Liqa təmsilçisinə 19 milyon avro ödəyəcək.
Razılaşmaya əsasən, əlavə 2 milyon avro bonus da nəzərdə tutulub.
"Transfermarkt" portalı Pep Çavarriyanın transfer dəyərini 10 milyon avro qiymətləndirir.
İspaniyalı müdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə 41 oyuna çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 2 məhsuldar ötürmə edib./Report






