"Napoli" üçün yeni stadion tikiləcək

Kateqoriya məlum deyil
T
"Napoli" üçün 2032-ci ilə qədər Neapolda yeni stadion inşa ediləcək.
Sfera.az xəbər verir ki, İtaliya mətbuatının məlumatıan görə, arena əvvəlki kimi klub əfsanəsi Dieqo Maradonanın adını daşıyacaq.
Bildirilir ki, stadionun layihəsi bu həftə Neapol meri Qaetano Manfrediyə təqdim olunub. Məqsəd arenanı 2032-ci il Avropa çempionatının oyunlarını qəbul edəcək səviyyəyə çatdırmaqdır.
Layihəyə əsasən, hazırkı stadiondakı qaçış zolağı tamamilə söküləcək. Arenada 16 VİP loja yaradılacaq, stadionun ətrafında isə bir neçə yeni istirahət və yaşıllıq zonası salınacaq.
Qeyd edək ki, "Napoli" bu günlərdə klubun yaranmasının 100 illiyini qeyd edib. Neapol təmsilçisi tarixində 4 dəfə İtaliya çempionu olub./qol.az






