Elvin Cəfərquliyev zədələndi - VİDEO
Kateqoriya məlum deyil
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev zədələnib.
Sfera.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində səfərdə Ukrayna təmsilçisi “Dinamo” (Kiyev) ilə keçirilən oyunun 75-ci dəqiqəsində zədələnib.
Rəqiblə mübarizə zamanı yerə yıxılan və ayağından zərbə alan Cəfərquliyev görüşü davam etdirə bilməyib. Onu Bruno Lanqa əvəzləyib.
Qeyd edək ki, “Dinamo” (Kiyev) - “Qarabağ” qarşılaşması rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.






